

Amerikanın “Sky WindPower” şirkəti Avstraliya professoru Brayan Robertsin rəhbərliyi ilə hündür külək elektrik stansiyası hazırlanması üzərində iş aparır. Stansiya havada 4,5 kilometr yüksəklikdə yerləşəcəkdir. Bu elektrik stansiyası daha çox hava çərpələngi ilə vertolyotun hibridinə bənzəyir. Yerdəki elektrik ötürücü xətlərlə onu alüminium kabel birləşdirir. Elektrik vertolyot rotorlarının köməyi ilə fırlanan generator vasitəsilə hasil edilir. Hazırkı layihədə dörd rotor nəzərdə tutulub. Onların bir hissəsi elektrik stansiyasını havada saxlayır. Bu zaman müvafiq generatorlar elektrik mühərriki rejiminə keçirilir.
1935-ci ildə SSRİ Ağır Sənaye Xalq Komissarının 29 iyul tarixli əmrilə “Elektrotok” İdarəsi “Azneft”in tərkibindən çıxarılaraq, SSRİ Ağır Sənaye Xalq Komissarlığının “Başenerji” Baş Enerji İdarəsinin (“Qlavenerqo”) tabeliyinə verilir və onun bazasında “Başenerji” Baş Enerji İdarəsinin “Azenerji” (“Azenerqo”) Azərbaycan Rayon Enerji İdarəsi yaradılır.
“Azneft” trestinin 23/138 saylı 15.08.1935-ci il tarixli əmri ilə “Elektrotok” İdarəsi, tərkibində olan müəssisələrlə birlikdə, yeni yaradılmış “Azenerji” Azərbaycan Rayon Enerji İdarəsinin tərkibinə verilir və 20 oktyabr 1935-ci il tarixindən “Azenerji” Azərbaycan Rayon Enerji İdarəsi rəsmi fəaliyyətə başlayır.
1957-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 292 saylı 08.06.1957-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin “Azenerji” Energetika İdarəsi yaradılır.
1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 808 saylı 16.10.1962-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin “Azenerji” Energetika İdarəsinin adı dəyişdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsi yaradılır.
1965-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20.10.1965-ci il tarixli Fərmanı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Baş Energetika və Elektrikləşdirmə İdarəsi (“Azqlavenerqo”) yaradılır.
1970-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR ərazisində yerləşən energetika müəssisə və təşkilatlarının SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin tabeliyinə verilməsi haqqında” 336 saylı 16.09.1970-ci il tarixli Qərarı ilə adı çəkilən nazirliyin tərkibində (SSRİ Nazirlər Sovetinin 611 saylı 29.07.1970-ci il tarixli Qərarı) “Azenerji” İstehsalat Birliyi yaradılır.
1971-ci ildə SSRİ Nazirlər Soveti Azərbaycan SSR Nazirlər Sovetinin və SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin “Azenerji” İstehsalat Birliyinin yenidən təşkil edilməsi barədə təkliflərini qəbul edərək, özünün 196 saylı 26.03.1971-ci il tarixli Qərarı ilə SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi Azərbaycan SSR Energetika və Elektrikləşdirmə (“Azqlavenerqo”) Baş İstehsalat Birliyi yaradılır.
1988-ci ildə SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin 296a saylı 03.08.1988-ci il tarixli əmri ilə SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi Azərbaycan SSR Energetika və Elektrikləşdirmə “Azbaşenerji” (“Azqlavenerqo”) Baş İstehsalat Birliyi ləğv edilir və onun bazasında Azərbaycan SSR Energetika və Elektrikləşdirmə “Azenerji” İstehsalat Birliyi (əmr № 154/L, 05.12.1988.) yaradılır.
1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin 571 saylı 10.05.1993-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 301 saylı 14.06.1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan SSR Energetika və Elektrikləşdirmə “Azenerji” İstehsalat Birliyi Azərbaycan Respublikası Elektroenergetika və Elektrikləşdirmə “Azərenerji” Dövlət Şirkətinə çevrilir.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin 423 saylı 17.09.1996-cı il tarixli Fərmanına əsasən ilkin mərhələdə səhmləri 100 faiz dövlətə məxsus olmaqla, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 200 saylı 28.12.1996-cı il tarixli Sərəncamı ilə “Azərenerji” Açıq tipli Səhmdar Cəmiyyəti təsis edilir və 17.03.1997-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçir (qeydiyyat № 2234).
“Azərenerji” ASC-nin səhmləri buraxılmamışdır.
Səhmdar Cəmiyyətin əsas funksiyası Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalının və ötürülməsinin idarə edilməsini həyata keçirməkdir.
Bununla yanaşı, Səhmdar Cəmiyyət hazırda Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını da həyata keçirir.