

Yaponiya 2020 –ci ilədək orbital elektrik stansiyası yaratmağa ümid bəsləyir. Bu sahədə artıq bəzi işlər də görülüb: cari maliyyə ilində həmin layihə üçün 100 milyon iyen ayrılıb. Planda nəzərdə tutulduğu kimi, atmosferə buraxılan süni peyk 36 min kilometr yüksəklikdə uçaraq, günəş enerjisini elektrikə çevirəcək. Alınan elektrik enerjisi mikrodalğalı şüa şəklində Yerə ötürüləcək. Qəbul isə dörd kilometrlik yerüstü anten vasitəsilə həyata keçiriləcək.